“Arsenal” Teo Uolkottun əvəzləyicisini tapdı
10.01.2014 - 20:45
“Yuventus”un futbolçusu Sebastyan Covinko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 26 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.
Belə ki, “topçular” Covinkonu yaxın günlərdə zədələnən və 6 aylıq sıradan çıxan Teo Uolkottun yerini doldurmaq üçün alır. Londonlular futbolçunu mövsüm sonuna qədər icarəyə götürmək istəyir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Sebastyan 2012-ci ildə digər A Seriya təmsilçisi “Parma”dan Turin klubuna keçib.

0
0