Abışovun komanda yoldaşı “Napoli” yolunda
10.01.2014 - 21:18
Millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in futbolçusu Yann M’Vila karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Belə ki, “Napoli” fransalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İtaliya təmsilçisi M’Vila ilə zədəli futbolçusu Valon Behraminin yerini doldurmaq fikrindədir.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən il ölkəsinin “Renn” klubundan Kazan təmsilçisinə keçib. O, cari mövsüm 28 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

0
0