Aydın Kahraman: Yuri Syomin bizim futbolçunu bəyəndi
11.01.2014 - 00:01
“Qəbələ” bizdən daha güclü komandadır. Əlimizdən gəldiyi qədər bu komanda ilə ayaqlaşmağa çalışdıq”. Bunu apasport.az saytına “Maltəpəspor”un baş məşqçisi Aydın Kahraman deyib.
Antalyada toplanışda olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. Təmsilçimiz Türkiyənin III dəstə təmsilçisi olan “Maltəpəspor”la matçda öndə olsa da, son dəqiqədə qol buraxıb. Rəqib baş məşqçi isə qarşılaşma haqqında bunları deyib: “Matçın son 30 dəqiqəsində oynayan komanda bizim əsas heyətimiz idi. Dünən bizimlə Türkiyənin III dəstəsində birgə mübarizə aparan “Akçaabat Sebatspor”la görüş keçirmişdik. Ona görə də əsas heyət üzvlərinə bu matçda istirahət vermişdim. Ancaq aramızda fiziki baxımdan səviyyə fərqi var. Bizim üçün yaxşı bir sınaq oldu”.
Kahramanın sözlərinə görə, Yuri Syomin İstanbul təmsilçisinin bir futbolçusunu bəyənib. O, hətta əlaqə saxlamaları üçün öz əlaqə nömrəsini rusiyalı çalışdırıcının tərcüməçisinə verib: “Görüşdən öncə Yuri Syominə bizim futbolçuları izləməyini, çox səviyyəli oyunçularımızın olduğunu bildirdim. Artıq futbolçularımız onun diqqətini cəlb edib. 2-3 futbolçumuzla əlaqə quracağını zənn edirəm. 1990 doğumlu “10” nömrəli futbolçumuz Qani Balkan onun diqqətini çəkib. O, “Beşiktaş”ın aşağı yaş qruplarında oynayıb. Oyundan sonra mənə onu bəyəndiyini bildirdi. Qolumuzu vuran futbolçu Enes İç isə bizə yox, “1461 Trabzon”a məxsusdur”.
Qeyd edək ki, “Qəbələ”nin yeganə qolunu Yannik Kamanan vurub.
Səbuhi TOFİQOĞLU
Bələk

0
0