Xabi Alonsonun “Real”dakı yeganə arzusu
10.01.2014 - 21:55
Xabi Alonsonun “Real”dakı yeganə arzusu
Yaxın günlərdə “Real”la müqaviləni 2016-cı ilə qədər uzadan təcrübəli futbolçu Xabi Alonso bu sözləşmə ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 32 yaşlı yarımmüdafiəçi Madrid klubunda qaldığı üçün xoşbəxt olduğunu deyib.

Alonso “Kral Klubu”nda Çempionlar Liqası kubokunu qazanmaq istədiyini deyib: “Bura mənim evimdir. “Real” ola biləcəyim ən yaxşı klubdur. Alternativ variantları düşünməyimin heç bir mənası yoxdur. Burada qalmaq istədim və başqa təklifləri düşünmədim. Əvvəl “Liverpul”da qazandığım Çempionlar Liqası kubokunu burada da qazanmaq istəyirəm”.

Qeyd edək ki, ispaniyalı futbolçu 2009-cu ildə İngiltərənin “Liverpul” klubundan “Real”a transfer olunub.