TRT əməkdaşı “Neftçi”dən qisas alır... - FOTO
10.01.2014 - 22:04
TRT əməkdaşı “Neftçi”dən qisas alır... - FOTO
“Qəbələ”nin “Maltəpəspor”la yoxlama görüşünü (1:1) izləyənlər arasında “TRT Avaz” telekanalının əməkdaşı, “Qarabağ” və “Neftçi” klublarının fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Ak da olub. Apasport.az saytının məlumatına görə, Akın əməkdaşlıq etdiyi telekanal qarşılaşmadan öncə “Qəbələ”nin düşərgəsindən reportaj hazırlayıb.

“TRT Avaz” kanalının əməkdaşları Antalyada hazırlıq keçən digər klublarımızın da düşərgəsində olacaq. Ancaq “Neftçi” istisnadır. Belə ki, Mehmet Ak müqaviləsi “Neftçi” ilə başa çatmasa da, bu komandadan təzminatsız göndərilməsinə görə FİFA-ya şikayət edib. Ona görə də Ak şikayət ünvanladığı klubun nümayəndələri ilə üz-üzə gəlmək istəmir.

Səbuhi TOFİQOĞLU
Bələk