“Qalatasaray” Engin Baytarı rəsmən açıqladı - FOTO
10.01.2014 - 23:44
“Qalatasaray” Engin Baytarı rəsmən açıqladı - FOTO
“Qalatasaray”dan ayrılan təcrübəli yarımmüdafiəçi Engin Baytar “Rizəspor”la müqavilə bağlayıb. Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Belə ki, 30 yaşlı futbolçu cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Engin 2011-ci ildə “Trabzonspor”dan “Cim-Bom”a keçmişdi.