Abışovun komandası Superliqa təmsilçisinə qarşı
11.01.2014 - 00:28
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” iki yoxlama oyunu keçirəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, yanvarın 11-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək Kazan təmsilçisi yerli “Kayserispor” və Bolqarıstan “Ludoqorets”i ilə qarşılaşacaq.
Belə ki, futbolçumuzun komandası yanvarın 19-da ilk yoldaşlıq oyununda Türkiyə Superliqa təmsilçisi ilə, 22-də isə bolqarlarla üz-üzə gələcək.
Qeyd edək ki, “Rubin” hazırda Rusiya Premyer Liqasında 19 oyundan sonra 24 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində yer alır.

0
0