“Qalatasaray” “Ayaks”ı məğlub edib, finala çıxdı - VİDEO
11.01.2014 - 00:40
“Qalatasaray” “Ayaks”ı məğlub edib, finala çıxdı - VİDEO
Antalyada təlim-məşq toplanışında olan “Qalatasaray” “Ayaks”la üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, “Antalya Cup” çərçivəsində keçirilən qarşılaşmada İstanbul təmsilçisi hollandları 2:1 hesabı ilə məğlub edərək finala çıxıb.

“Sarı-qırmızılar” həlledici mərhələdə “Trabzonspor”u məğlub edərək finala vəsiqə qazanan Şotlandiya “Seltik”i ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qalatasaray”ın qollarını Burak Yılmaz (6-cı dəqiqə) və əvəzedici komandadan çağırılmış İbrahim Coşkun (67-ci dəqiqə) vurub. “Ayaks”da isə 47-ci dəqiqədə Mike van der Hur fərqlənib.