“Bursaspor” “Spartak”ın futbolçusundan imtina etdi
11.01.2014 - 04:40
Pablo Batalyanın gedişindən sonra yarımmüdafiə xəttini “Spartak”ın futbolçusu Kim Çelstromla gücləndirmək istəyən “Bursaspor” problemlə üzləşib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-yaşıllar” bu keçidi reallaşdırmaqdan imtina edib.
Belə ki, Moskva klubu və Çelstromla ilkin razılığa gəlib, 31 yaşlı yarımmüdafiəçiyə illik 3 milyon avro maaş təklif etmişdi. Lakin isveçlinin sonradan daha çox maaş tələb etməsi bu transferin reallaşmamasına səbəb olub.
Qeyd edək ki, İsveç millisinin də üzvü olan Çelstrom 2012-ci ildə Fransa “Lion”undan rus klubuna keçmişdi.

0
0