“Mançester Yunayted”in hədəfindəki 18 yaşlı rumın
11.01.2014 - 05:33
“Mançester Yunayted”in hədəfindəki 18 yaşlı rumın
“Mançester Yunayted” Bükreş “Dinamo”sunun gənc futbolçusu Dorin Rotariunu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə 18 yaşlı hücumçu yerli “Ring” qəzetinə açıqlamasında məlumat verib.

Rumıniyalı forvardın sözlərinə görə Buxarestdə onunla görüşən ingilis klubunun nümayəndələri onunla maraqlandıqlarını və oyunlarını izlədiklərini deyiblər.

Qeyd edək ki, Rotariu cari mövsüm “Dinamo” forması ilə 17 qol vurub.