Millimiz yenə penaltilərdə sevindi
11.01.2014 - 16:19
Millimiz yenə penaltilərdə sevindi
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 13-cü yer uğrunda mübarizədə komandamız Belarusla üz-üzə gəlib.

Oyunun əsas və əlavə vaxtında heç-heçə qeydə alındığından, qalib penalti seriyasında müəyyənləşib. Burada isə millimizin bəxti gətirib – 4:2

Qeyd edək ki, yığmamız Latviyanı məğlub edərək bu mərhələyə adlamışdı. Əsas vaxtı 1:1 bərabərliklə başa çatan qarşılaşmanı futbolçularımız penaltilərdə 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qazanmışdı.
Xatırladaq ki, millimiz qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.


11 yanvar
Belarus – Azərbaycan - 1:1 (2:4 pen.)
Qollar: Aleksey Tarakanov, 48 - Fəhmin Muradbəyli, 57
Qırmızı vərəqə: Aleksey Nosko, 76 - Elnur Cəfərov, 76