“Qalatasaray”a lazım olmadı, “Beşiktaş”la anlaşmaq üzrədir
11.01.2014 - 07:40
“Qalatasaray”da istənilən çıxışı göstərə bilməyən və icarəyə göndəriləcəklər siyahısında olan müdafiəçi Dani Nounkeunu daha bir klub heyətinə qatmaq istəyir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 27 yaşlı futbolçuya elçi düşüb.
Belə ki, kamerunlu “Karabükspor”la anlaşmaq üzrə ikən “qara qartallar”ın təklifi işləri qarışdırıb. Məlumatlara görə İstanbuldan bir klubda çıxış etmək istəyən Daninin də bu keçidə isti münasibət bəslədiyi deyilir. “Cim-Bom” isə futbolçusunu mövsüm sonuna qədər icarəyə vermək üçün 200 min avro tələb edir. Əgər tərəflər razılığa gələrsə, bu transfer hər an reallaşa bilər.
Qeyd edək ki, Kamerun millisinin də üzvü olan Nounkeu 2012-ci ilin iyun ayında “Qaziantepspor”dan “Qalatasaray”a keçmişdi.

0
0