“Rəvan”a uyğunlaşa bilmədiyim üçün klubu tərk etdim"
11.01.2014 - 11:52
“Heç cürə oyunum alınmadığı üçün “Rəvan”dan ayrıldım. Qalmağın mənası yox idi. Belə lazım bildim”. Bu sözləri apasport.az saytına “Rəvan”la yollarını ayıran Rəşad Abdullayev deyib.
Müqavilə ilə “Bakı”ya məxsus olan, icarə əsasında cari mövsümü “Rəvan”da keçirən 32 yaşlı yarımmüdafiəçi iş yerini dəyişmək qərarına gəlib. Rəşad bildirib ki, bunun paytaxt klubundakı baş məşqçi dəyişikliyi ilə əlaqəsi yoxdur: “Problem nə Şahin Diniyevin Güvənc Kurtarla əvəzlənməsində, nə də başqa şeydədir. Hərdən elə olur ki, hansısa komandada oyunun alınmır. “Rəvan”a uyğunlaşa bilmədim. Bu səbəbdən də ayıldım”.
Abdullayev karyerasını hansı klubda davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcəyini söyləyib: “Danışıqlar gedir, 1-2 günə məsələ həllini tapacaq. Bir neçə yerli klubdan təklif almışam. Türkiyədən də dəvət var. Ancaq orda yollanıb, I divizionda oynamaq istəmirəm. Gedənləri görürük də, maaş ala bilmirlər, klublarında problem yaşayırlar. “Bakı” ilə mövsümün sonuna qədər müqaviləm var. Çalışacağa yeni klubuma transfer vərəqi əlimdə keçim”.
Qeyd edək ki, Rəşad Abdullayev cari çempionatda 18 turdan 16-da “Rəvan”a kömək edib. O, bu matçlarda qol vurmasa da, 3 sarı, 1 qırmızı vərəqə alıb.

0
0