Tuğrul Erat: Fikirlərim təhrif olunub, düz yazmayıblar
11.01.2014 - 13:17
“Fikirlərim təhrif olunub, düz yazmayıblar”. Bu sözləri apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Tuğrul Erat deyib.
II Bundesliqada çıxış edən Düsseldorf “Fortuna”sının şərəfini qoruyan futbolçu milliləşməsi haqda Almaniya mətbuatına verdiyi açıqlamada kökümdə Azərbaycanla heç bir bağlılığının olmadığını söyləyib. Lakin Erat belə bir söz demədiyini ifadə edib: “Mənim atamın babası azərbaycanlı olub. Azərbaycandan Türkiyəyə köç edib. Yəni kökümüzdə bu ölkəyə bağlılıq var. Biz bir millət, iki dövlətik. Türk oldun, azərbaycanlı oldun, fərq etməz. Azərbaycan millisində oynadığım üçün xoşbəxtəm”.
Qeyd edək ki, Erat Avro-2015-in seçmə mərhələsində U-21-in heyətində keçirdiyi 4 oyunda 3 qol vurub.

0
0