Əvvəl Mənsimov gəldi, sonra 2 futbolçu
11.01.2014 - 13:22
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun düşərgəsinə daha 2 futbolçu qoşulub. Apasport.az saytının xəbərinə görə, malili legioner Sadio Tounkara və Kamran Abdullazadə dünən gecə “ağ-yaşıllar”ın məskunlaşdığı otelə gəliblər. Hər iki futbolçu səhər saatlarında fərdi məşqlərə başlayıb.
Digər komanda üzvləri isə səhər məşqinə çıxmayıb. Belə ki, baş məşqçi Mustafa Dənizli futbolçulara istirahət verib.
Xatırladaq ki, artıq komanda rəhbərliyi də Antalyadadır. Klub prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov dünən “ağ-yaşıllar”ın axşam məşqini izləyib.

0
0