“Sumqayıt” Popoviçlə anlaşdı
11.01.2014 - 14:58
Topaz Premyer Liqasında qış fasiləsinə sonuncu pillədə yollanan “Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi millimizin üzvü Andrey Popoviçlə razılığa gəlib.
“Sumqayıt” Ukrayna əsilli qapıçı ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. O, klubun qış fasiləsində 3-cü transferi olacaq. Bundan öncə Ramil Mansurovla Tərzin Cahangirov Sumqayıt təmsilçisi ilə münasibətləri rəsmiləşdiriblər.
Qeyd edək ki, 2011/2012 mövsümündə də “Sumqayıt”ın şərəfini qoruyan Andrey Popoviç daha sonra “Turan”da çıxış edib. O, cari mövsümün ilk yarısını Türkiyədə I dəstə təmsilçisi “Tavşanlı Linyitspor”da keçirib. Lakin komandasının yarım mövsümdə keçirdiyi 21 görüşün yalnız birində meydan üzü görən Popoviçin qardaş ölkədə işləri yaxşı getmirdi.

0
0