AZAL: Abdullayev imza atdı, Boqdanoviçlə yollar ayrıldı
11.01.2014 - 15:16
“Rəşad Abdullayevlə il yarımlıq müqavilə bağladıq”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Müqavilə ilə “Bakı”ya məxsus olan, cari mövsümün yarısını icarə əsasında “Rəvan”da keçirən Abdullayevin karyerasını paytaxt təmsilçilərindən birində davam etdirəcəyi gözlənilirdi. 32 yaşlı yarımmüdafiəçi artıq danışıq apardığı “təyyarəçilər”lə anlaşıb: “Rəşadla müqavilə bağlamaqla yanaşı, serbiyalı Vladimir Boqdanoviçlə yollarımızı ayırdıq. Ailə problemlərini əsas gətirərək, müqaviləsinə xitam verilməsini istədi, biz də buraxdıq”.
Sadıqov bildirib ki, bu gün keçirdikləri iki tərəfli oyun zamanı baxışa gələn futbolçulardan heç biri bəyənilməyib: “Baxışda həm yerli, həm də əcnəbi futbolçular vardı. Lakin heç biri bizi qane etmədi”.

0
0