Berti Foqts Qurban Qurbanovla görüşdü - FOTO
11.01.2014 - 16:53
Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts “Qarabağ”ı ziyarət edib. Apasport.az Ağdam klubun saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçisinin düşərgəsinə baş çəkib.
Komanda məşqə yollanmamışdan öncə otelə gələn Foqtsla ”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında təxminən 50 dəqiqəlik söhbət baş tutub. Daha sonra isə birlikdə məşq meydançasına yollanıblar. Ağdam klubunun məşqini sona qədər izləyən millinin çalışdırıcısı yığmamızdakı futbolçuları ilə də görüşüb.

0
0