“Onun Azərbaycana gələcəyini sizdən eşidirəm” - MÜSAHİBƏ
12.01.2014 - 00:02
“Qəbələ” klubunun polşalı qapıçısı David Petrjkeviçin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi
- “Maltəpəspor”a qarşı ilk yoxlama oyununuzu keçirdiniz. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Oyun yaxşı keçdi. Ancaq sonda qapımızdan qol buraxmağımız pis oldu. Hesabın 1:1 bitməsi bizim üçün pisdir. Fiziki cəhətdən axsadığımız göründü. Ancaq fikirləşirəm ki, növbəti oyunlarda daha yaxşı nəticələr göstərəcəyik.
- Vladimir Levin start heyətində olmadığından, meydana ilk dəfə kapitan sarısını ilə çıxdınız...
- Əla hissdir. Oyundan öncə iclas keçirildi. Həmin toplantıda mənə kapitanlıq sarğısını daşıyacağım bildirildi.
- Türkiyənin III dəstə klubuna qalib gəlmək sizə niyə müyəssər olmadı?
- Çünki ilk hissədəki heyət fasilədən sonra əvəz olundu. İkinci hissədə baş məşqçimiz daha çox gənc futbolçularımıza güvəndi ki, məhz buna görə də qol vura bilməməklə yanaşı, son dəqiqələrdə qapımızdan top da buraxdıq.
- Polşa mətbuatı Mixal Qliva adlı qapıçının ölkəmizdən təklif aldığını yazmışdı. Onun hansı klubla danışıqlar apardığını bilirsiniz?
- Onu tanıyıram. Lubin “Zaqlembe”sinin oyunçusudur. Polşanın gənclər komandasında bir yerdə olmuşuq. Ancaq onun Azərbaycandan təklif aldığını bilmirəm. Belə olsaydı, burda 2-ci mövsümdür ki, oynayan futbolçu kimi mənimlə əlaqə saxlayıb məsləhət alardı. Onun “Zaqlembe” ilə hələ müqaviləsi var. Sadəcə, yerli azarkeşlərlə münasibəti pisdir. Ancaq açığı, onun Azərbaycana gələcəyini birinci dəfə sizdən eşidirəm.
- Polşa yığması millimizlə BƏƏ-də bu ay yoldaşlıq oyunu keçirmək üçün AFFA ilə danışıqlar aparırdı. Bildiyimə görə, sizin də bundan xəbəriniz varmış və “Qəbələ”də bu haqda hamıya sevinclə danışırmışsınız...
- Bəli. Mən də belə bir oyunun olacağını Polşa mətbuatından oxumuşdum. Çox sevinmişdim. Ancaq bilmirəm, niyə bu yoldaşlıq matçı baş tutası olmadı. Təbii ki, sevindirici hal olardı ki, yığmalarımız bir meydanda üz-üzə gəlsin.
- Bir neçə il əvvəl Polşa millisi qapımızdan 8 cavabsız top keçirmişdi. Həmin oyunu izləmişdinizmi?
- Mən həmin matça tribunadan baxmışdım. Onda gənc futbolçu idim. Qapıda da səhv etmirəmsə, Dmitri Kramarenko dayanmışdı. “Simurq”a keçəndə bunu bilmirdim. Ancaq günlərin bir günündə söhbət düşdü və ondan sonra bildim ki, komanda yoldaşım həmin oyunun iştirakçılarından olub (gülür).
Səbuhi TOFİQOĞLU
Bələk

0
0