Edu Oriol “Xəzər Lənkəran”dan ayrılır
12.01.2014 - 10:00
Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə vidalaşa bilər. Apasport.az saytının xəbərinə görə, Radomir Todorov və Duqlas Leyte ilə anlaşmaya son qoyub, Uğur Pamuku “Sumqayıt”a icarəyə verən cənub təmsilçisi ispaniyalı legioner Edu Oriolu da yola salmaq üzrədir.
27 yaşlı yarımmüdafiəçi baş məşqçi Mustafa Dənizliyə yaxınlaşaraq, komandadan ayrılmaq istədiyini bildirib. Buna səbəb kimi, ölkəmizdə ailəsi üçün darıxdığını göstərən futbolçu haqda yekun qərar yaxın 1-2 ərzində veriləcək.
Əvəzində “Xəzər Lənkəran” daha 2 iki futbolçu ilə danışıqlar aparır. Adları açıqlanmayan həmin hücumameylli futbolçulardan birinin qarşıdakı günlərdə komandanın düşərgəsinə gələcəyi gözlənilir.

0
0