Foqts “Xəzər Lənkəran”ın məşqini izlədi
12.01.2014 - 15:17
Foqts “Xəzər Lənkəran”ın məşqini izlədi
Millimizin baş məşqçisi Berti Foqts bu gün “Xəzər Lənkəran” klubunun düşərgəsinə baş çəkib. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis öncə cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizli ilə təxminən 15 dəqiqəlik söhbət edib. Ardından Foqts komandanın məşqini izləyib.

Sabah isə Foqts “Qəbələ”nin yoxlama oyununu izləyəcək.

Belə ki, “Qəbələ” sabah Qazaxıstanın “Tobol” klubu ilə yoxlama oyunu keçirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Berti Foqts bundan öncə “Qarabağ” və “İnter”in düşərgəsində olub. O, “Qarabağ”ın məşqini, “İnter”in isə oyununu izləyib. “Bankirlər” Foqtsun izlədiyi görüşdə Hollandiyanın “Asten” klubunu 8:0 hesabı ilə yenməyi bacarıb.

Səbuhi TOFİQOĞLU
Bələk