“Xəzər Lənkəran”ın daha bir rəqibi bəlli oldu
12.01.2014 - 18:51
“Xəzər Lənkəran”ın daha bir rəqibi bəlli oldu
Bir həftədir Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun ikinci yoldaşlıq oyunu üçün də rəqibi müəyyənləşib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Mustafa Dənizli məlumat verib.

O bildirib ki, rəhbərlik etdiyi komanda yanvarın 14-də “Çaykur Rizəspor”la qarşılaşmadan 4 gün sonra digər Superliqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Dənizli toplanış dövründə daha bir sınaq matçının keçiriləcəyini istisna etməyib.