Mustafa Dənizli təsdiqlədi: Onun getməsinə icazə verdik
12.01.2014 - 19:00
Mustafa Dənizli təsdiqlədi: Onun getməsinə icazə verdik
“Edu Oriol komandamızdan gedir”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

Antalyada təlim-məşq toplantısında olan cənub təmsilçisi ispaniyalı legionerlə vidalaşır. Dənizli bildirib ki, buna səbəb 27 yaşlı futbolçunun ailəsində yaranan problemdir: “Edu həm yaxşı futbolçu, həm də yaxşı insandır. Onun fikirlərini anlayışla qarşılayıb, getməsinə icazə verdik”.