Kəriminin komandasından darmadağın
13.01.2014 - 01:11
Kəriminin komandasından darmadağın
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” ötən gün növbəti matçına çıxıb.

Həmyerlimizin komandası doğma arenada “1461 Trabzon”la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Kərimi isə, ümumiyyətlə, bu matçın iştirak ərizəsində də yer almayıb.

Qeyd edək ki, Hazırda “Fəthiyəspor” 17 xalla turnir cədvəlinin 16-cı sırasında qərarlaşır.