Futbolçumuz 90 dəqiqə oynadı, komandası evdə xal itirdi
13.01.2014 - 01:38
Futbolçumuz 90 dəqiqə oynadı, komandası evdə xal itirdi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən gün millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti matçına çıxıb.

Dənizli təmsilçisi doğma arenada “Qaziantep BB” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər hərəyə 1 qolla meydandan ayrılıb – 1:1. Start heyətdə meydana çıxan Yunisoğlu isə 90 meydanda 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Hazırda “Dınizlispor” 19 xalla turnir cədvəlinin 15 pilləsində yer alır.