“Fənərbaxça” 2-ci dəstə klubuna uduzdu, “Beşiktaş”dan sülh
13.01.2014 - 01:58
“Fənərbaxça” 2-ci dəstə klubuna uduzdu, “Beşiktaş”dan sülh
Antalyada təlim-məşq toplanışında olan Türkiyənin iki nəhəng klubu – “Beşiktaş” və “Fənərbaxça” ötən gün yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, hər iki komanda da meydandan məyus ayrılıb.

“Qara qartallar” Münhenqladbax “Borussiya”sı ilə üz üzə gəlib. Tərəflər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

“Fənərbaxça” isə 2-ci dəstə klubu “Alanyaspor”la üz-üzə gəlib. “Sarı-lacivərdlilər” zəif rəqibinə 2:1 hesabı ilə məğlub olub.