“Qəbələ”nin düşərgəsinə 2 yeni futbolçu gəldi
13.01.2014 - 04:09
Bu gün gecə saatlarında “Qəbələ”nin düşərgəsinə 2 yeni futbolçu qoşulub. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, hər 2 futbolçu qapıçılardır.
Bunlar milli komandamızın futbolçusu Anar Nəzirov və “Qəbələ”nin 3-cü qapıçısı Cavidan Hüseynzadədir. Onlar bu gün gecə saatlarında komandanın məskunlaşdığı “Gloria Serenity” otelinə gəlib. “Sumqayıt”dan ayrılan Nəzirovla “Qəbələ” arasında 2 illik anlaşma bağlanılacağı gözlənilir.
Qeyd edək ki, buna qədər “Qəbələ”nin düşərgəsində polşalı David Petjkeviç və əvəzedici komandanın qapıçısı Fərid Ağayev məşq edirdi. Braziliyalı Dieqo Koşta isə zədəli olduğundan, vətənində müalicə alır.

0
0