“Qəbələ” Qazaxıstan klubuna qalib gəldi
13.01.2014 - 19:47
“Qəbələ” Qazaxıstan klubuna qalib gəldi
Türkiyədə hazırlıq keçən “Qəbələ” bu gün 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, rəqib Qazaxıstan Premyer Liqa təmsilçisi “Tobol” olub.

Matç Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Daniel Subotiçlə Viktor Mendi fərqlənib.

Qeyd edək ki, “Qəbələ” bu matçda qələbə qazanmağa çalışacaq. Çünki ilk matçda təmsilçimiz “Maltəpəspor”u yenməyi bacarmamışdı (1:1).





QƏBƏLƏ – Tobol (Qazaxıstan) - 2:1
Qollar: Subotiç, 18; Mendi, 23 - Volkov, 76
Bələk. “Gloria” otelinin meydançası