Şahin Diniyevin “Rəvan” klubundan istefasının təfərrüatları
13.01.2014 - 11:13
Şahin Diniyevin “Rəvan”nın baş məşqçisi postundan gedişinin səbəbi müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumatına görə, buna 47 yaşlı çalışdırıcının klub rəhbərliyinə təklif etdiyi transfer siyahısı yol açıb.
Belə ki, Diniyev hazırda klubsuz olan, başqa komandalarda ehtiyatda qalan bəzi futbolçuların heyətə cəlb olunmasını istəyib. Lakin rəhbər şəxslər bu oyunçuların “Rəvan”ı gücləndirəcəyinə inanmadıqlarını ifadə ediblər.
Bundan sonra isə Şahin bəylə idarəçilər arasında soyuqluq yaranıb. Nəticədə, istədiyi oyunçuların transfer edilməyəcəyini görən Diniyev istefa verməyi məqsədəuyğun sayıb. Daha doğrusu, buna məcbur qalıb.
Qeyd edək ki, bir neçə gün öncə Nazim Süleymanov da “Neftçi”nin baş məşqçisi postundan oxşar səbəbə görə ayrılıb. O, məşqçilər korpusunda dəyişiklik edilməsini və yeni oyunçuların alınmasını istəsə də, rəhbərlikdən “yox” cavabı alıb. 48 yaşlı mütəxəssis bundan sonra sözünün keçmədiyi klubda qalmağa lüzum görməyib.

0
0