Subaşiç ilə qələbəylə başladı
13.01.2014 - 12:17
Subaşiç ilə qələbəylə başladı
Futbol üzrə Türkiyə çempionatının I divizionunda II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq üzvləri – Barnimir Subaşiçlə Saşa Yunisoğlunun, həmçinin həmyerlimiz Davud Kəriminin komandaları növbəti oyunlarına çıxıblar.

Subaşiçli “Orduspor” “Adanaspor”u qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Start heyətdə yer alan serb əsilli hücumçu 83-cü dəqiqədə əvəzlənib.

Yunisoğlunun formasını geyindiyi "Dənizlispor" doğma azarkeşlər önündə "Qaziantep BB" ilə qarşılaşıb. Start heyətində yer alan Saşa sonadək oynayıb. Matç isə 1:1 hesabı ilə başa çatıb.

Kəriminin komandası olan “Fəthiyəspor” da ilin ilk oyununu evdə keçirib və 4:0 hesabı ilə qələbə qazanıb. Həmyerlimizin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 19 oyundan sonra "Orduspor" 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Dənizlispor" 19 xalla 15-ci sıradadır. 17 xalı olan "Fəthiyəspor" isə 16-dır.