Alleqrinin “Milan”dan gedişi rəsmiləşdi - YENİLƏNİB
13.01.2014 - 16:00
Alleqrinin “Milan”dan gedişi rəsmiləşdi - YENİLƏNİB
İtaliyanın “Milan” klubu baş məşqçisi Massimiliano Aleqqri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssisin istefası bu gün rəsmiləşib.

Milan təmsilçisi müqaviləsinin müddəti bu ilin iyul ayında başa çatacaq Alleqrini uğursuz nəticələr səbəbi ilə istefaya göndərib. Komanda müvəqqəti olaraq, texniki direktor Mauro Tassottiyə tapşırılıb.

“Milan”ın baş məşqçisi postuna ən real namizəd kimi “rossoneri”lərin əfasnəvi futbolçusu, hazırda Braziliyanın “Botafoqo” klubunda çıxış edən hollandiyalı Klarens Zedorff göstərilir.

Qeyd edək ki, Massimiliano Aleqqri 2010-cu ildən “Milan”ı çalışdırır. Onun rəhbərliyi altında “qara-qırmızılar” İtaliya çempionluğu və Superkubokunu qazanıb.