“Bakı”dan 4 cavabsız qol – VİDEO
13.01.2014 - 14:50
“Bakı”dan 4 cavabsız qol – VİDEO
“Bakı” klubunun İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, dünən ilk yoldaşlıq oyununu keçirib.

“Zolaqlılar” Albaniyanın “Laçi” klubu ilə qarşılaşıblar. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, “Bakı”nın növbəti 3 rəqibi isə daha səviyyəli komandalar olacaq. “Zolaqlılar” yanvarın 19-da saat 19:30-da Ukrayna “Dnepr”ini, yanvarın 22-də saat 21:00-da Rumıniyanın “Styaua”sı ilə MFC stadionunda görüşəcəklər. Nəhayət, yanvarın 24-də komandamız saat 19:30-da “Arroyo En Medio” stadionunda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olacaq.


”Laçi” – “Bakı” – 0:4
Qollar: Horvat, 33, Junior, 51, Alvarez, 56, Şoliç, 70-pen.

Bakı: A. Məmmədov (Nureddinoski 45), Etto (N. Əsgərov 70), Travner (E. Əliyev, 70), Pelagias (Bəybalayev, 77), Alvarez (Ş. Əliyev, 63), Ristoviç (Noqeyra, 45), V. Mustafayev, Horvat (Şoliç 45), E. Məmmədov (C. Hüseynov, 63), Junior (T. Qürbətov, 70), R. Əliyev (Pena, 45)