Anar Nəzirovun “Qəbələ”yə dönüşü rəsmiləşdi - FOTO
13.01.2014 - 15:09
“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ruslan Tağızadə və Rafael Santosu rənglərinə bağlayan “qırmızı-qaralar” qapıçı transfer ediblər.
2010-13-cü illəri “Qəbələ”də keçirən, cari mövsümün ilk yarısında isə "Sumqayıt"ın qapısını qoruyan milli komandamızın üzvü Anar Nəzirov əyalət təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
"Qırmızı-qaralar"ın Antalya toplanışına qatılan qolkiper köhnə-yeni komandası və məşq prosesi barədə fikirlərini açıqlayıb. O yenidən "Qəbələ"nin sıralarına döndüyünə görə sevincli olduğunu bildirib: "Qəbələ" mənim üçün doğma klubdur. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".
Qeyd edək ki, “Qəbələ”nin “Bakı”nın transferə çıxardığı millimizin qapıçısı Kamran Ağayevi heyətinə qatmaq istədiyi bildirilirdi. Lakin Nəzirovun keçidinin rəsmiləşməsindən sonra Ağayevin transferindən vaz keçilməsi mümkündür.

0
0