“Xəzər Lənkəran”a gəlişimin məqsədi...”
13.01.2014 - 17:15
“Xəzər Lənkəran”a gəlişimin məqsədi...”
“Xəzər Lənkəran”a gəlişimin məqsədi bizim Avropada qazandığımız uğurların Azərbaycanda təkrar edilməsinin mümkünlüyünü göstərməkdir. Çox yaxşı bir missiyanı üzərimə götürmüşəm. Bir Azərbaycan klubunun avrokuboklarda qruplara qalması, orada uğur əldə etməsi, ölkəyə və şəhərə yeni bir futbol həyəcanı gətirər”. Bu sözləri “Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli deyib.

Türkiyə mətbuatına geniş müsahibə verən 64 yaşlı mütəxəssis əsas hədəfinin “Xəzər Lənkran”la avrokuboklarda uğur qazanmaq olduğunu söyləyib: “Avropada qazanacağım bir uğur mənim üçün son dərəcədə önəmlidir. Bu, mənə son dərəcədə xoşbəxtlik verən bir hadisə olur”.