“Tobol”un baş məşqçisi: “Qəbələ”yə uduzmaq ayıb deyil
13.01.2014 - 20:11
“Yaxşı oyun alındı. Ümumiyyətlə, bu rəqiblə oyundan razıyam”. Bunu apasport.az saytına Qazaxıstanın “Tobol” klubunun baş məşqçisi Sergey Maslyonov deyib.
Bu gün “Qəbələ” Türkiyədə ikinci yoldaşlıq görüşünü keçirib. İlk matçda son dəqiqədə buraxdığı topla heç-heçə edən təmsilçimiz bu dəfə qələbə qazanıb – 2:1.
Oyundan sonra Kostanay klubunun baş məşqçisi Maslyonov matç haqqında fikirlərini çatdırıb: “Nəticədən razı deyiləm. Bir tərəfdən də güclü komanda ilə oynayırdıq. Kifayət qədər səviyyəli futbolçuları var. Belə rəqibə uduzmaq ayıb deyil. Biz ilk oyunda Braziliyanın “Moqi Mirim” klubu ilə 1:1 oynamışdıq. Bu, 2-ci yoxlama oyunumuz idi”.

0
0