Yuri Syomin “Tobol” üzərindəki qələbəyə şərh verdi
13.01.2014 - 20:24
“İlk yarı oyuna görə dolğun oldu. İkinci hissə isə daha yaxşı oyun gözləmək olardı”. Bunu apasport.az saytına “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
“Tobol”la oyundan sonra Syomin qarşılaşma haqqında fikirlərini bildirib. O, Lorentso Ebesilionun olmamasından narazılığını diqqətə çatdırıb: “İkinci hissədə gəncləri meydana buraxdıq. Yaxşı məşq xarakterli oyun oldu. Böyük qüvvə ilə işləyirik. Təəssüf ki, Ebesilio zədə üzündən bizə qoşula bilmir. Abdulvahid Afolabi isə viza üzündən Türkiyəyə gələ bilməyib. O, hazırda Bakıdadır. Ola bilsin ki, ikinci mərhələyə qoşulsun”.
Qeyd edək ki, “Qəbələ” bu gün “Tobol”a 2:1 hesabı ilə qalib gəlib.
Səbuhi TOFİQOĞLU
Bələk

0
0