“Xəzər Lənkəran” ispan futbolçusu ilə yolları rəsmən ayırdı
13.01.2014 - 20:22
“Xəzər Lənkəran” ispan futbolçusu ilə yolları rəsmən ayırdı
"Xəzər Lənkəran"ın ispan yarımmüdafiəçisi Eduard Oriolla yollar rəsmən ayrılıb.Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

Belə ki, futbolçu ilə klub arasında imzalanan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən ilin avqust ayında Cənub təmsilçisinə transfer olunub.