Baş məşqçiyə yol göstərdi: Hücum xətti güclənməlidi - MÜSAHİBƏ
14.01.2014 - 00:02
AZAL futbol klubunun amerikalı legioneri Con Olureminin apasport.az saytına müsahibəsi
- İstirahətin necə keçdi?
- Bir müddət Almaniyada, sonra isə ABŞ-da dincəldim. Amerikada hal-hazırda hava çox soyudur. Hətta açıq havada insan qalsa, dona bilər.
- Bakıya çətinliklə döndünüz. Çünki əksər hava limanları tam gücü ilə fəaliyyət göstərə bilmir. Ailənizlə əlaqə saxlayırsınızmı? Onlara görə narahat deyilsiniz?
- Burda olduğum müddətdə ailəmlə demək olar, hər gün danışıram. Narahatçılıq yoxdur. Onlar burdakı çıxışımla maraqlanırlar. İnternet vasitəsilə matçlarımızı izləyirlər. Hətta bəzən oyunlar Amerika vaxtı ilə gecə 4-ə təsadüf etsə də, onlar bu matçlara baxırlar. Daim əlaqədə oluruq.
- Hazırlıq necə gedir? Komandadakı ab-hava haqda nə deyə bilərsiz?
- Artıq bütün futbolçular düşərgəyə qayıdıb. Hazırlığa başlamışıq. Hər birimiz çempionatın III dövrəsinin başlamasını səbirsizliklə gözləyirik. Hazırlıq isə öz qaydasında davam edir.
- Necə düşünürsüz, AZAL bu fasilə hansı mövqeləri gücləndirməli, problemləri yoluna qoymalıdır?
- Hücum xəttini mütləq gücləndirməliyik. Digər mövqelərə diqqət yetirdikdə, hansısa problemin olduğunu düşünmürəm. Yəni sabitlik var. Təbii ki, hazırlıq müddətində bir neçə futbolçu komandada baxışda olacaq. Kimlərin qalıb, kimlərin gedəcəyinə isə məşqçilər korpusu qərar verəcək.
- Amma komandadan ayrılan 3 futbolçudan ikisi - Ruslan Tağızadə və Vladimir Boqdanov müdafiəçidirlər. Onların gedişi arxa xətdə problem yaratmayacaq?
- Hər ikisi yaxşı futbolçudur. Komandamıza kömək edirdilər. Əgər dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçularımıza nəzər salsaq, burada seçim imkanlarının geniş olduğunu qeyd etməliyik. Çünki seçim imkanımız genişdir. Ruslana gəldikdə, o da çox aktiv futbolçu idi. Hər zaman hücuma kömək edirdi, meydanda çox iş görürdü. Komandada həm sağ, həm də sol cinah yarımmüdafiəçi kimi oynaya biləcək futbolçular var. Hətta mən də cinah yarımmüdafiəçisi kimi çıxış edə bilirəm.
- Yayda olduğu kimi, yenə təlim-məşq toplanışını Bakıda reallaşdıracaqsınız. Ölkə xaricinə yollanmamağınız hazırlığınıza necə təsir edə bilər?
- Xarici ölkəyə getməkdən, başqa mühitə düşməkdən zövq alıram. Ancaq burda da hazırlıq keçmək üçün yaxşı şəraitimiz var. Həm bazamız, həm otelimiz, məşq meydançamız bunu deməyə əsas verir. Bunlar olduqdan sonra xaricə getmək elə də vacib deyil. Mövsümün əvvəlində olduğu kimi, indi də çempionata tam şəkildə hazırlaşa bilərik.
- Ola bilsin məşq üçün lazımi şərait yaradılıb. Amma güclü sparrinq-rəqiblər tapmaq baxımından işlər heçə də qaydasında deyil...
- Əlbəttə, istərdik ki, daha güclü rəqiblərlə görüşlərdə özümüzü sınayaq. Və ya sənin səviyyən daha yaxşı komandalarla oyunlarda müəyyənləşdirilsin. Yenə deyirəm, çempionata da burda hazırlaşdıq. İlk oyundakı məğlubiyyəti nəzərə almasaq, sonra ardıcıl qələbələr qazanmağı bacardıq. Bu baxımdan, xaricə getmək, güclü rəqiblərlə oynamaq əsas faktor deyil.
- Mövsümün arxada qalan yarısında pis təsir bağışaladız. Gözləmək olardı ki, iddialı klublardan birinə keçəcəksiniz. Doğurdanmı güclü klublarımızdan heç biri xidmətinizdə maraqlı deyil?
- Hal-hazırda AZAL-la müqaviləm var. Bu müqavilədən irəli gələn şərtləri yerinə yetirməyə çalışıram. Təkliflərə gəldikdə, var, ancaq Azərbaycan klubları deyil. Başqa ölkə təmsilçilərindən xidmətimdə maraqlı olanları var.
- Hansı ölkələrdən təklif almısınız?
- Ad çəkə bilmərəm. Çünki AZAL-la müqaviləm var. Bu etik cəhətdən düzgün deyil.
- Yayda həmin təklifləri dəyərləndirə bilərsiz?
- Bu işlə menecerim məşğul olur.

0
0