“Qızıl top”u Ronaldo qazandı!
13.01.2014 - 23:02
“Qızıl top”u Ronaldo qazandı!
2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, FIFA bu gün İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə dünyanın ən güclüsünü açıqlanıb.

Gözlənildiyi kimi bu ada Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo layiq görülüb. Pireneyli futbolçu ilk dəfə FİFA ilə “France Football”ın birgə keçirdiyi sorğunun qalibi olub. Belə ki, 2010-cu ildən başlayaraq 2 nüfuzlu mükafatın –“Qızıl top” və “Brilyant top”un birləşdirilməsindən sonra ardıcıl 3 dəfə Lionel Messi qalib olmuşdu.

Argentina millisinin üzvü olan sonuncunun 2009-cu ildə də ən yaxşı seçildiyini nəzərə alsaq, Ronaldo “Barselona”lı rəqibinin 4 illik hegemonluğuna son qoyub. 2008-ci ildə də “Qızıl top” mükafatını qazanan 28 yaşlı portuqaliyalı 2-ci dəfə nüfuzlu qənimətə sahib olub. O, digər namizədlər fransalı Frank Riberi və argentinalı Lionel Messini üstələyərək birinci olub. Portuqaliyalı futbolçu göz yaşları içində səhnəyə çıxaraq mükafatı alıb.

Xanımlar arasında isə ilin ən yaxşı futbolçusu almaniyalı qapıçı Nadin Anqerer olub.

Ronaldodan əvvəl bu mərasimdə dünya futbolunun canlı əfsanəsi Pele də “Qızıl top” mükafatına layiq görülüb. O, 1958, 1962 və 1970-ci ildə Braziliya millisi ilə birgə dünya çempionu olub. Lakin bu mükafat 1956-cı ildən verilməyə başlasa da, ancaq Avropada çıxış edən futbolçular namizəd ola bilərdilər. Pele isə karyerasının böyük hissəsini Braziliya “Santos”unda və ABŞ-ın “Nyu York Kosmos” klubunda

Qeyd edək ki, səsvermədə milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak edib. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da səsvermədə 1-ci yeri Ronaldoya vermişdi.