Yığmamızın yeni məşqçisi Foqtsun dostu imiş
14.01.2014 - 00:05
Milli komandamızın fiziki-hazırlıq üzrə yeni məşqçisi Volfqanq Rolff Berti Foqtsla birgə “Qəbələ”nin “Tobol”la oyununu izləyib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşı “Verder”in sabiq məşqçisindən yığmamıza təyinatı haqqında müsahibə götürüb.
- Necə oldu ki, Azərbaycan millisinə gəldiniz?
- Berti Foqts mənimlə əlaqə saxladı. O, müqaviləyə qol çəkdikdən sonra dekabrda mənimlə söhbət etdi və məndən köməkçisi olmağımı istədi. Belədə təklifi qəbul edib, Azərbaycan millisində işləməyə razılıq verdim.
- Təyinatınızdan öncə millimizin hansı görüşlərini izləmişdiniz?
- Son matçlarınızı. Şimali İrlandiya və Rusiya ilə oyunlara baxmışam. Eləcə də, Almaniyanın Azərbaycan millisi ilə görüşlərini izləmişdim.
- Futbolçularımızın bəzilərinin məşq və oyunlarını canlı izlədiniz. Bu haqda nə deyə bilərsiniz?
- Futbolçularınız hazırda klubları ilə təlim-məşq toplanışlarında iştirak edir. Çox ağır məşqlər keçirlər. Bu onların fiziki və texniki cəhətdən yaxşı hazırlaşmasına səbəb olacaq. Milli komandaya gələndə yerli futbolçuların hazır vəziyyətdə olmasını istəyiriksə, onda klublarda belə məşqlər müntəzəm olaraq davam etməlidir.
- Sizdən öncə komandada Olaf Yansen izləyirdi. Bura gələndə sələfinizlə söhbət etmək, məsləhət almaq imkanınız oldu?
- Yox, mən bura gələndə yalnız Foqtsla əlaqə saxlayıb danışmışam. Onunla 5-6 ilin dostuyuq. Yansenə gəlincə, onun millinizdə çalışdığını və hazırda Almaniya klubunda (Drezden “Dinamo”sunu nəzərdə tutur – S.T.) baş məşqçi işlədiyini bilirəm.
- Siz Foqtsla birgə “İnter”in və “Qəbələ”nin oyunlarını izləmisiniz. İlk dəfə komandalarımızın matçlarını gördünüz...
- Bu, sadəcə yoxlama oyunlarıdır. Düzdür, “İnter” Hollandiya klubuna 8:0 qalib gəldi. Eləcə də “Qəbələ”nin Qazaxıstan klubu üzərindəki qələbəsini götürək. Ancaq qələbə və ya məğlubiyyət burda önəm daşımır. Burda əsas məsələ hazırlıqlara fikir vermək və futbolçulara oyun təcrübəsi yaşatmaqdır.
- Bizim futbolçuların xaricə transferi üçün Almaniya klubları ilə hər hansı əlaqələriniz var?
- Mən bunda kömək etməyə hazıram. Çünki mənim Almaniya Bundesliqası və 2-ci Bundesliqa klubları ilə yaxşı əlaqələrim var. Sizin futbolçularınızdan birinin “Hannover 96”da, digərinin isə “Fortuna”nın əsas komandasında olduğundan da xəbərdaram. “Fortuna”nın son oyunlarından birində futbolçunuzun oyununa şahidlik etmişəm.
Səbuhi TOFİQOĞLU
Bələk

0
0