Hakimlər hazırlığa start verdi
14.01.2014 - 00:15
Hakimlər hazırlığa start verdi
Azərbaycan hakimlərinin təlim-məşq toplanışına start verilib. Apasport.az saytının məlumatına görə, yanvarın 27-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək ədalət təmsilçilərimiz dünəndən etibarən məşqlərə başlayıb.

Yanvarın 13-də ilk hazırlıqlara çıxan hakimlərin hazırlıq prosesinə Xaqani Məmmədov, Namiq Quliyev və Asim Xudiyev rəhbərlik edəcək. Onlar hakimlərin nəzəri və təcrübi hazırlıqlarının artırılmasına çalışacaq.

Qeyd edək ki, toplanışda 19 referi və 19 köməkçi hakim iştirak edəcək. Bunlar referilər Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov, Fariz Yusifov, Vüsal Əliyev, Rauf Cabbarov, Orxan Məmmədov, Ramil Diniyev, Elvin Əsgərov, Ramil Əhmədov, Ömər Paşayev, Sərxan İsmayılov, Ziya Nəsirov, Mahir Məmmədov, Ramiz Məhərrəmov, Nail Nağıyev, Alik Yunusov, Etibar Həsənov, Rəşad Əhmədov, referi köməkçiləri Yaşar Abbasov, Vaqif Musayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşımov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Elşən Acalov, Cavanşir Yusifov, Elman Musayev, Azər Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, İsgəndər Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Akif Əmirəli, Rəvan Həmzəzadədir.