Messi: Ronaldonun ağlamağı başadüşüləndi
14.01.2014 - 00:27
Messi: Ronaldonun ağlamağı başadüşüləndi
“Barselona”lı hücumçu Lionel Messi “Real”ın futbolçusu Kriştianu Ronaldonun “Qızıl top” mükafatını alarkən ağlamağını şərh edib. Apasport.az saytının məlumatına görə, “Tvitter”dəki səhifəsindən açıqlama verən argentinalı bu reaksiyanın başadüşünülən olduğunu deyib:

“Ronaldo səhnədə ağlayırdı? Mən onun reaksiyasını başa düşürəm. Bu emosiyalar normaldır”.

Qeyd edək ki, Ronaldo 2, Messi isə 4 dəfə bu mükafatı qazanıb.