Antalya hazırlıqlarında tanınmış qonaq
14.01.2014 - 00:38
Yanvarın 13-də Türkiyənin Antalya şəhərində hazırlıqlara start verən Azərbaycan hakimləri yenə tanınmış xarici hakimdən dərs alacaq. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi yenə təlim-məşq toplanışına Rusiyadan mütəxəssis cəlb edib.
Bu qonaq sabiq FİFA referisi Aleksey Spirindir. Təcrübəli mütəxəssis yaxın bir neçə gün ərzində hakimlərimizə seminar keçəcək. Onlarla təcrübəsini bölüşəcək. Spirinin yoxlama matçlarında da həmyerlilərimizi izləyəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin yanvarında hakimlərimizin məşğələlərində digər rusiyalı Valentin İvanov iştirak etmişdi.

0
0