İlk gün, ilk təyinat
14.01.2014 - 01:10
İlk gün, ilk təyinat
Bu gün Türkiyə toplanışına start verən Azərbaycan hakimləri ilk gündə meydana çıxıblar. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Nail Nağıyev ədalət təmsilçilərimizin 2014-cü ildəki ilkinin müəllifi olub.

Digər referilər ilk məşqinə çıxdığı vaxt Nağıyev Sidedə baş tutan yoxlama oyununda fit çalıb. Təmsilçimiz Braziliyanın “Uniao” klubu ilə iraqlı futbolçulardan təşkil olunmuş komandanın matçını idarə edib.

Qeyd edək ki, bu qarşılaşmada iraqlılar 1:0 hesabı ilə qalib gəlib.