Foqts Syominlə görüşdü - FOTO
14.01.2014 - 01:25
Antalyada Topaz Premyer Liqasında çıxış edən klubların hazırlıq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını izləyib. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis “Qəbələ” klubunun baş məşqçisi Yuri Syominlə də görüşüb.
Qeyd edək ki, B.Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşüb.
Mənbə: affa.az

0
0