Platini: Ronaldo “Qızıl top”a layiq deyildi
14.01.2014 - 01:53
Platini: Ronaldo “Qızıl top”a layiq deyildi
UEFA prezidenti Mişel Platini 2013-cü ilin “Qızıl top” mükafatının “Real”ın futbolçusu Kriştianu Ronaldoya verilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumunun rəhbəri səsvermənin nəticəsindən narazı qaldığını bildirib.

Platini bu mükafata həmyerlisinin, “Bavariya”nın fransalı yarımmüdafiəçisi Frank Riberinin layiq olduğunu deyib: “Növbəti illərdə yenə Ronaldo və Messi favorit olacaq. Son 50 ildə bu mükafat verilərkən qazanılan kuboklar və çempionluqlar da hesaba alınırdı. Artıq buna nəzər yetirilmir. Riberinin bütün kubokları qazanıb, “Qızıl top”u qazanmamasında bir problem var. Eyni hal 2010-cu ildə ispaniyalı futbolçular üçün də yaşandı. Bu mükafatın təşkilatçılığı “France Football”dan FİFA-ya keçdikdən sonra bir şeylər dəyişib”.