“Barselona” Pike ilə müqaviləni yenilədi
14.01.2014 - 07:30
“Barselona” Pike ilə müqaviləni yenilədi
“Barselona” təcrübəli yarımmüdafiəçisi Xerard Pike ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

Kataloniya təmsilçisi 26 yaşlı futbolçusu ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da cari sözləşməsi 2015-ci ildə başa çatacaq futbolçu daha 3 il komandasına xidmət edəcək. Yeni sözləşməyə əsasən o illik 7 milyon avro maaş alacaq.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Pike 2008-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Barselona”ya transfer olunub.