“Milan”ın yeni baş məşqçisi bəlli oldu
14.01.2014 - 10:10
İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, dünən istefaya göndərilən Massimiliano Aleqqrini Klarens Zeedorf əvəzləyəcək.
“Milan” sabiq oyunçusu ilə 2 illik müqavilə bağlayacaq. Son mövsümü Braziliyanın “Botafoqo” klubunda keçirən 37 yaşlı hollandiyalının təyinatı yanvarın 16-da rəsmiləşəcək. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı, Zeedorfun futbolçu karyerasını bitirərək, məşqçiliyə başlamağa razı olduğu bildirilir.
Zedorffun “Milan”ın sabiq oyunçuları olan həmyerliləri Yap Stam, Patrik Klyuvert və argentinalı Ernan Krespodan ibarət məşqçilər korpusu formalaşdırılacağı gözlənilir.
Qeyd edək ki, Klarens Zeedorf 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub.

0
0