“Böyükağa Hacıyevin sözlərinə yumorla yanaşıram” - MÜSAHİBƏ
14.01.2014 - 13:06
“Böyükağa Hacıyevin sözlərinə yumorla yanaşıram” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və Rusiyanın “Rubin” klubunun futbolçusu Ruslan Abışovun Kazan təmsilçisinin rəsmi saytına müsahibəsi

- Ruslan, yetərinə uzun çəkən məzuniyyətin başa çatmasından 3 gün keçib. Özünüzü necə hiss edirsiniz?
- Məzuniyyətdən əvvəl fiziki hazırlıq üzrə məşqçimiz hər bir futbolçuya fərdi məşq proqramı vermişdi. Ona ciddi şəkildə əməl etdim. Üstəlik, digər azərbaycanlı futbolçularla müntəzəm oynayırdım. Bu, bizim ənənəmizdir. Təlim-məşq toplanışının ilk 3 günündə topla işləməyə üstünlük verildi. Tibb baxışdan sonra yüklənmə artacaq. Bundan sonra kimin nə dərəcədə hazır olduğu bilinəcək. Şəxsən mən özümü əla hiss edirəm.

- Məşq prosesində Kurban Bedıyevlə Rinat Bilyaletdinovun fərqini hiss etdiniz?
- Renat Bilyaletdinovun məşqləri çox maraqlıdır. Hərçənd fərqlər barədə təxminən 1 həftə sonra danışmaq olar. Lakin bütün gücümüzün mövsümün ikinci yarısına yaxşı hazırlaşmağa səfərbər olmasına şübhə yoxdur.

- Kurban Berdıyevin zamanının az oyun vaxtı alırdınız. Halbuki, vətəninizdə sizdən çox şey gözləyirlər. Yeni məşqçiyə yeni ümidlər bağlayırsınız?
- Bütün oyunçulara eyni yanaşmaq hər məşqçi üçün vacib olan keyfiyyətdir. Yəni, oyunçunun adına və milliyyətinə fikir verilməməlidir. Hazır olan oynamalıdır. Fikrimcə, yeni məşqçimizdə bu keyfiyyətlər var və hamıya şans verəcək. Təbii ki, hər bir futbolçu kimi, mən də əsas heyətdə oynamaq istəyirəm. Bunu Kurban Berdıyevin vaxtında da deyirdim: əgər baş məşqçi şans verirsə, bundan maksimum istifadə etməyə çalışmaq lazımdır.

- Öncə Avropa Liqasında “Betis”lə oyun var. Rəqib haqda nə deyə bilərsiniz və irəli getmək şansınız nə dərəcədə böyükdür?
- Əlbəttə, “Betis” çətin rəqibdir, komandanın ad-sanı var. Bilirik ki, hazırda İspaniya çempionatında autsayderdirlər. Lakin İspaniya klubdur, onlar qiymətləndirməmək olmaz.

- “Rubin”in baş məşqçisi postuna Vardan Minasyan namizəd göstərilən vaxt “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azərbaycanlı futbolçunun erməni baş məşqçi ilə eyni komandada yer almamalı olduğunu söyləmişdi. Buna münasibətiniz?
- Böyükağa Hacıyevin fikrinə yumorla yanaşıram. Futbolçunun siyasətə qatılmasını sevmirəm. Mən peşəkaram. Ona görə də, məşqçinin və komanda yoldaşımın milliyyəti mənim üçün heç bir əhəmiyyət daşımır.

- “Qızıl top” mükafatının təqdimetmə mərasimi barədə soruşmaya bilmərik. Kimə azarkeşlik edirdiniz?
- Əlbəttə, Kriştianu Ronaldoya. Mən “Barselona”nın yox, “Real” azarkeşiyəm. Kriştianu bu mükafata çoxdan layiq idi. İkinci namizədim Frank Riberi idi. Lionel Messini isə mənim üçün üçüncü idi.