Nigeriyalı futbolçu “Qəbələ”nin düşərgəsinə gəlir – FOTO
14.01.2014 - 14:59
“Qəbələ”nin düşərgəsinə daha bir futbolçu qoşulacaq. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nigeriyalı hücumçu Abdulvahid Afolabi sabah gecə komandanın qaldığı “Gloria Serenity” otelinə gələcək.
Bakıda olan “Kuban”ın sabiq futbolçusunun artıq viza problemi həll olunub. Komandanın aparıcı üzvlərindən olan Leonardonun isə düşərgəyə nə vaxt qoşulacağı hələ də bilinmir.
Qeyd edək ki, dünən düşərgəyə “Qəbələ”nin 3-cü qapıçısı Cavidan Hüseynzadə qoşulub. Ondan bir gün öncə isə Anar Nəzirov “qırmızı-qaralar”a qoşulmuşdu.

0
0